Rusiya dirçəlir: Rubl bu gün də bahalaşdı » Memur.az

Rusiya dirçəlir: Rubl bu gün də bahalaşdı

Rusiya dirçəlir: Rubl bu gün də bahalaşdı

Rusiyada avro və dolların rubl qarşısında sürətlə ucuzlaşması davam edir.

Axar.az xəbər verir ki, Moskva birjasında avronun məzənnəsi ötən ilin noyabrından bu yana ilk dəfə 59 rubldan aşağı düşüb. Birjalarda avro rubl qarşısında 63 qəpik ucuzlaşaraq 58,93 rubl olub.

Bu gün dollar Rusiyada 2015-ci il ərzində ilk dəfə 55 rubldan aşağı düşüb. 1 ABŞ dolları 80 qəpik ucuzlaşaraq 54,21 rubl olub.

Rusiyada son aylarda rublun məzənnəsində dollar və avroya qarşı bahalaşma qeydə alınır.

Qeyd edək ki, dollar və avronun ucuzlaşmasına səbəb həm “Brent” markalı neftin qiymətinin artması, həmçinin ABŞ-ın dolları ucuzlaşdırma siyasətidir. Hazırda “Brent” markalı neftin qiyməti 59,10 dollardır.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.