Terrorçu özünü partlatdı: 26 ölü, 100 yaralı » Memur.az

Terrorçu özünü partlatdı: 26 ölü, 100 yaralı

Terrorçu özünü partlatdı: 26 ölü, 100 yaralıSuriyanın Homs şəhərinin mərkəzində iki partlayış baş verib, ölən və yaralananlar var.

"Report" xəbər verir ki, bu barədə yerli polisdəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
"Homsun mərkəzində, Əz-Zəhra məhəlləsindən keçən Sittin küçəsində iki partlayış baş verib. Bombalardan biri terrorçu-kamikadze tərəfindən işə salınıb. Dinc əhali arasında ölən və yaralananlar var", - deyə agentliyin həmsöhbəti bildirib.

Partlayışlar nəticəsində 26 nəfər ölüb, 100 nəfər yaralanıb.

Bu barədə xəstəxana əməkdaşına istinadən RİA "Novosti" məlumat yayıb.