Apple-in rəhbəri hamıdan az qazandı - cəmi 10 milyon dollar » Memur.az

Apple-in rəhbəri hamıdan az qazandı - cəmi 10 milyon dollar

Apple-in rəhbəri hamıdan az qazandı - cəmi 10 milyon dollar


Ötən il.

Apple şirkətinin rəhbəri Tim Kuk ötən il şirkətin digər top menecerlərindən daha az əmək haqqı alıb.

Memur.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Bloomberg bildirib.

Onların arasında şirkətin maliyyə direktoru Luka Maestri və onlayn və pərakəndə satışlar üzrə vitse-prezident Anjel Arends də yer alır.

Qeyd edilir ki, ötən il ərzində Apple-in 4 top menecerinin əmək haqqısı 25 milyon dollardan çox olub. Şirkətin rəhbəri Tim Kuk isə 10,3 milyon dollar qazanıb ki, bu da 2014-cü illə müqayisədə cəmi 1,1 milyon dollar çoxdur.

Eyni zamanda 2015-ci ilin sonuna Apple başçısının aksiya paketi 350 milyon dollar qiymətləndirilir.