Məşhur aktyor Rusiya vətəndaşlığından imtina etdi » Memur.az

Məşhur aktyor Rusiya vətəndaşlığından imtina etdi

Məşhur aktyor Rusiya vətəndaşlığından imtina etdi

“Mən süni gülüşü təbii qəzəbdən daha üstün tuturam”.

Məşhur aktyor Aleksey Serebryakov Rusiya vətəndaşlığından imtina edərək Kanada vətəndaşı olub.

Bu barədə Memur.Az “Russikiy kuryer” nəşrinə istinadən məlumat verir.

“Banditski Peterburq” serilalının ulduzu bundan sonra vətəninə yalnız iş vizası ilə çəkilişlərə gələcək. O, 2012-ci ildə Kanadaya gətirdiyi ailəsinə də bu ölkənin vətəndaşlığını rəsmiləşdirib.

“Rusiyada çox vaxt deyirlər ki, Qərb ölkələrində gülüşlər sünidir. Lakin mən süni gülüşü təbii qəzəbdən daha üstün tuturam. Çox təəssüflə bildirirəm ki, mən burada öz uşaqlarımı kobudluq və təcavüzdən qoruya bilmirəm. Buranın havası belədir”, - aktyor öz qərarını izah edərkən deyib.

Serebryakovun sözlərinə görə, o istəyir ki, uşaqları “biliyin, əməyin qiymətləndirildiyi dünyada böyüsünlər, və bunun üçün kimisə itələmək, kobud olmaq və insanlardan qorxmaq lazım olmasın”.