Paris qətliamını törədənlərin kimlikləri bilindi » Memur.az

Paris qətliamını törədənlərin kimlikləri bilindi

Paris qətliamını törədənlərin kimlikləri bilindi

Dünən Fransa paytaxtı Parisdə terror aktları törədənlərdən bəziləri haqda məlumatlar əldə edilib.

Memur.Az anspress-ə istinadən bildirir ki, bu barədə "Sky News" xəbər verib.

Terror aktları törədənlərdən üç nəfəri Belçikanın paytaxtı Brüsseldə yaşayıb. Onların miqranların yaşadığı ərazidən gəldiyi güman edilir.Həmçinin, Parisin mərkəzində yerləşən "Stad de Frans" stadionu yaxınlığında partlayış törədən terrorçulardan birinin üzərində Misir pasportu aşkarlanıb. Bundan əvvəl Yunanıstan rəsmiləri Parisdəki terror aktlarının törədilməsində iştirak edən və üzərində Suriya pasportu aşkarlanan terrorçunun bu ilin oktyabrında Yunanıstandan keçərək Avropaya gəldiyini bildiriblər.
Dünən axşam paytaxtı Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar nəticəsində ən azı 153 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari terror aktları paytaxt sakinlərinin təşvişinə səbəb olub. Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi terror aktlarının, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri "Bataclan" incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, "Le Karilyon" barı, "Les Halz" ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi "Stad De Fransa" stadionun qarşısı olub.
Terror hadisələri ilə bağlı Fransada fövqəladə vəziyyət elan edilib, sərhədlər bağlanılıb və əhaliyə ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamaq tapşırılıb. Baş vermiş hadisələrlə əlaqədar olaraq, Fransa höküməti ölkədə 3 günlük matəm elan edib.