"Bəşər Əsəd könüllü getməsə, zorla göndəriləcək" » Memur.az

"Bəşər Əsəd könüllü getməsə, zorla göndəriləcək"

"Bəşər Əsəd könüllü getməsə, zorla göndəriləcək"

"Bəşər Əsəd öz vəzifəsini tərk etməlidir, əks halda, o, güc yolu ilə hakimiyyətdən uzaqlaşdırılacaq".

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl Cubeyr Nyu-Yorkda ölkəsinin müttəfiqləri ilə keçirdiyi görüşdən sonra bildirib.

Nazir Rusiyanın İŞİD-lə mübarizədə Bəşər Əsədə kömək etmək üçün beynəlxalq koalisiya yaradılması barədə çağırışını rədd edib. O, vəziyyətdən yeganə çıxış yolunun Suriya prezidentinin hakimiyyətdən getməsi olduğunu deyib: "Suriyada Əsəd üçün bir gələcək yoxdur".

Əl Cubeyrin fikrincə, Suriyadakı problemin tənzimlənməsinin iki yolu var: "Ən əlverişli variant keçid şurasının yaradılmasını nəzərdə tutan siyasi prosesdir. Digər variant isə yenə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnəcək hərb yoludur".