PKK-dan daha bir hücum - Bir polis yaralandı » Memur.az

PKK-dan daha bir hücum - Bir polis yaralandı

PKK-dan daha bir hücum - Bir polis yaralandı

Terror təşkilatı PKK-nın gənclər qolu olan YDG-lilərin xain hücumu nəticəsində bir polis məmuru qolundan yaralanıb.

Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Diyarbəkirin Silvan rayonunda, küçələrdən birində xəndək qazan terror təşkilatı PKK üzvləri, bir polis məmurunu qolundan yaralayıblar.

Yaralı polis, ilk tibbi müdaxilənin ardından xəstəxanaya sövq edilib. Hazırda küçələrdə əməliyyatların davam etdiyi deyilir.