Şok hesabat: PKK işğala hazırlaşır » Memur.az

Şok hesabat: PKK işğala hazırlaşır

Şok hesabat: PKK işğala hazırlaşır

PKK-ya Türkiyənin Yüksəkova vilayətini ələ keçirmək üçün xaricdən yardım edilir.

Axar.az xəbər verir ki, Türkiyə xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatda xaricdən göndərilən qruplarla PKK-nın Yüksəkovanı ələ keçirmək üçün hazırlıq gördüyü bildirilib.

Bu məqsədlə Hakkariyə bir qrup terrorçu göndərilib. Yüksəkovada vəziyyətin kəskinləşdiyi, polislərlə PKK arasında hər an münaqişənin başlayacağı vurğulanıb.

Xüsusi xidmət orqanlarının yaydığı hesabatda PKK-nın bölgəni ələ keçirmək üçün iki plan hazırlığı gördüyü bildirilib. Terrorçuların şəhərdə 40-a yaxın bomba yerləşdiyi faktı da hesabatda yer alıb.