İran Prezidenti ABŞ ilə dialoq istəsə də, Xamenei buna qarşı çıxıb
dunya
2-03-2025, 23:24
81

Bu barədə “Report” “İRNA”ya istinadən xəbər verir.
“Dialoqa getməyin daha yaxşı olacağını düşündüm, lakin ali rəhbər dedi ki, biz ABŞ ilə danışıqlar aparmayacağıq”, - Pezeşkian deyib.
İran Prezidenti qeyd edib ki, ölkənin siyasəti ali rəhbərin mövqeyinə uyğun olmalıdır.
Fevralın 4-də ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İrana təzyiqi artırmalıdır. O qeyd edib ki, bu, Tehranı son nəticədə öz nüvə silahını yaratmağa yönəlmiş hərəkətləri dayandırana qədər lazımdır.