Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub
dunya
15-02-2025, 10:34
42

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, PUA-ların 17-si Volqoqrad, 12-si Kaluqa, 9-u Rostov və 2-si Saratov vilayəti üzərində vurulub.
Qeyd edək ki, son vaxtlar Rusiyanın enerji infrastrukturu obyektləri getdikcə daha çox PUA-ların hədəfinə çevrilir. Dekabrın əvvəlində Bryansk şəhərindəki neft bazası dronların hücumuna məruz qalıb, bundan sonra obyektdə böyük yanğın baş verib.