Küveyt HHQ-nin infrastrukturunu 1 milyard dollara gücləndirəcək
dunya
7-02-2025, 09:02
16

“Report” xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Layihə Məhəmməd Əl-Əhməd Küveyt Hərbi Dəniz Bazasında qərargahın, eləcə də quru və dəniz infrastrukturunun, Ras əl-Ardda oxşar obyektin layihələndirilməsini və tikintisini nəzərdə tutur.
Agentlik əlavə edib ki, bu, regionda hərbi balansı dəyişməyəcək.
Vurğulanıb ki, təklif olunan satış ABŞ-nin Yaxın Şərqdə NTO üzvü olmayan əsas müttəfiqinin infrastrukturunun yaxşılaşdırılmasına kömək edəcək.