Əlcəzair Prezidenti Fransadan öz ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını tələb edib
dunya
Bu gün, 09:19
5
Əlcəzair Prezidenti Abdelmacid Tebbun Fransadan öz ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını tələb edib.
"Report" xəbər verir ki, bu barədə o, "Opinion" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Fransa 1960-cı illərdə Şimali Afrika ölkəsinin ərazisində istifadə etdiyi nüvə poliqonlarının zərərsizləşdirilməsi problemini həll etməlidir.
"Bu, zəruri bir məsələdir. Nüvə poliqonlarının zərərsizləşdirilməsi məsələsi siyasi, hərbi və humanitar baxımdan vacibdir. Biz bunu amerikalılar, ruslar, indoneziyalılar, çinlilərlə edə bilərdik. Lakin hesab edirik ki, Əlcəzair bunu nüvə tullantıları olan əraziləri dəqiq tanıyan Fransa ilə birlikdə etməlidir", - dövlət başçısı qeyd edib.
Qeyd edək ki, Fransa hökuməti 1958-ci ildə milli nüvə proqramının başlanması barədə qərar qəbul edib. Faktiki olaraq nüvə dövləti statusunu isə ABŞ, SSRİ və Böyük Britaniyadan sonra 1960-cı ilin fevralında Əlcəzairdə ilk atom sınağı zamanı əldə edib.
Fransa müstəmləkə hökmranlığı dövründə 1960-1966-cı illərdə Əlcəzair ərazisində ən azı 17 nüvə sınağı keçirib. Hətta Əlcəzair 1962-ci ildə müstəqillik əldə etdikdən sonra da Fransa bu ölkədə nüvə sınaqlarını davam etdirib.