“Report”un xəbərinə görə, bu barədə “Axios” portalının müxbiri iki mənbəyə istinadən məlumat yayıb.
"İsrail xüsusi xidmət orqanlarının yenilənmiş qiymətləndirməsinə görə, İran HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə qisas almaq üçün birbaşa İsrailə hücum etmək qərarına gəlib və bu, avqustun 15-də girov danışıqlarından bir neçə gün əvvəl baş verə bilər", - o “X” sosial şəbəkəsində yazıb.
