İran rəsmiləri İsraildən qisas alacaqlarına söz veriblər » Memur.az

İran rəsmiləri İsraildən qisas alacaqlarına söz veriblər

İran rəsmiləri İsraildən qisas alacaqlarına söz veriblərİran Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin qətlinə münasibətini yumşaltmaqdan imtina edib və yəhudi dövlətinə cavab vermək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, ABŞ və ərəb ölkələri İranı öz mövqeyini yumşaltmağa inandırmağa çalışıblar. Bununla belə, İran liderləri hərəkətləri müharibəyə səbəb olsa belə, “qisas alacaqlarına and içiblər”.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Con Fayner CBS telekanalının efirində bildirib ki, Birləşmiş Ştatlar İsrail üçün təhlükə səviyyəsini yüksək hesab edir və yəhudi dövlətinə özünü müdafiə etməyə kömək etməyə hazırdır.