İranın vitse-prezidenti Dohada İsmayıl Haniyənin dəfn mərasimində iştirak edəcək
dunya
2-08-2024, 11:52
171

“Report” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, onunla vida mərasimi Dohada Məhəmməd bin Abdul Vahhab məscidində keçiriləcək. Mərhuma məsciddə cənazə namazı qılınacaq. İsmayıl Haniyə Dohanın şimalındakı Lusaile qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, iyulun 31-i saat 02 radələrində İsmayıl Haniyə Tehranda iqamətgahında öldürülüb.