Avropa İttifaqı milyardlarla avroluq COVID-19 peyvəndini zibilliyə atıb
dunya
19-12-2023, 11:17
197

Bu barədə “Politico” nəşrində məqalə dərc olunub.
“Avropa İttifaqı ölkələri tərəfindən pandemiyanın qızğın çağında alınmış ən azı 215 milyon doza COVID-19 peyvəndi tullanıb və bu da vergi ödəyicilərinə dörd milyard avroya başa gəlib”, - deyə məqalədə bildirilib.
Qəzet qeyd edib ki, pandemiya dövründə Aİ ümumilikdə 1,5 milyard dozaya qədər peyvənd alıb ki, onların da çoxu bütün Avropada zibilxanalara atılıb.