Milyarderlərin ən sevimli şəhərləri məlum oldu
dunya
14-03-2023, 11:23
225
Pandemiya zamanı Dubay, Mayami və Sinqapur immiqrant milyonerlərinin sayına görə dünya liderlərinə çevrilib.
Məlumata görə, onları əlverişli şərait cəlb edib.
Bildirilir ki, Cənub-Şərqi Asiya və Yaxın Şərqdən, eləcə də Rusiyadan olan zəngin sahibkarlar Dubaya, Pekindən Sinqapura, Nyu-Yorkdan Mayamiyə köçürlər. Dubay, Sinqapur və Mayami şəhərlərinin bu il dəbdəbəli əmlak qiymətlərinin artmasında liderlik edəcəyi gözlənilir.
Bu üçlükdə milyonçuların sayına görə rekord sahibi, ümumi əhalisi 5,5 milyon olan iqtisadi elitanın 250 min üzvünə ev sahibliyi edən Sinqapurdur. Yeni maqnatları cəlb etmək üçün Asiya metropolisinin hakimiyyət orqanları ailə sərvətlərinin idarə olunması məqsədilə firmalarının yaradılmasına kömək etmək üçün xüsusi agentliklər açıblar.
Dubay zəngin əcnəbilərə onların arasında çox məşhur olan “qızıl viza” verir. Belə mühacirlərin sayəsində şəhərin tikinti sektorunda ciddi yüksəliş yaşanır. Eyni zamanda, bütün dəbdəbəli daşınmaz əmlak alqı-satqı əməliyyatlarının 80%-i nağd pulla həyata keçirilir ki, bu da bazarda süni köpüyün yaranması ehtimalını azaldır.
Mayami nümunəsində milyonçu axınının əsas səbəbləri aşağı vergilər, sürətlə inkişaf edən maliyyə sektoru, əlverişli iqlim şəraiti və ABŞ-da sıfırdan tikilmiş ilk lüks ticarət mərkəzidir.
Mənbə: TASS