Bunu Pakistanın müdafiə naziri Khavaca Asif Pəncab əyalətində xalq qarşısında çıxışında deyib.
“Siz Pakistanın iflasa uğradığını və ya defolt olduğunu eşitmisiniz. Bu artıq baş verib. Biz müflis ölkədə yaşayırıq”, - deyə nazir bildirib.
Onun fikrincə, indiki vəziyyətin yaranmasında hamı günahkardır - hərbi elita, siyasətçilər və məmurlar.
O, həmçinin Beynəlxalq Valyuta Fondunun Pakistana iqtisadi və maliyyə problemlərini həll etməyə kömək edəcəyinə şübhə etdiyini bildirib.
“Problemlərimizin həlli ölkə daxilindədir. BVF-nin yardımı Pakistanın problemlərinin həlli yolu deyil”, - Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.
Mənbə: rossaprimavera.ru
