Poroşenkonun bütün əmlakına həbs qoyulub » Memur.az

Poroşenkonun bütün əmlakına həbs qoyulub

Poroşenkonun bütün əmlakına həbs qoyulubKiyev şəhərinin Peçerski Rayon Məhkəməsi Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun bütün əmlakına həbs qoyub.

Bu barədə eks-prezidentin vəkili İqor Qolovan məlumat verib.Qeyd edək ki, Petro Poroşenko dövlətə xəyanətdə və terrorçularla əlaqədə şübhəli bilinib.

Hazırda onun məhkəmə prosesi davam edir.

Siyasətçi hazırda xaricdədir və onun yanvarın 17-də Kiyevə geri dönəcəyi gözlənilir.

Mənbə: “Strana”