Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR » Memur.az

Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR

Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR“Bakı şəhərində qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan şəxslərin inzibati məsuliyyətə cəlb olunması mexanizmi hələlik dəqiq deyil”.

Memur.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Sədr qeyd edib ki, bu sahədə qanunvericiliyə dəyişikliklər hazırlanır.

“İnzibati məsuliyyətə cəlb olunma qanunvericilikdə göstərilməlidir. Məsələn, Türkiyədə icazəsiz taksi fəaliyyəti ilə bağlı cərimə 5000-6000 TL-dir”.

“Çalışacağıq ki, qısa zamanda hökumətə bununla bağlı təkliflər göndərək”, - deyə V.Kərimli əlavə edib.