Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır - AÇIQLAMA » Memur.az

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır - AÇIQLAMA

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır - AÇIQLAMAPaytaxtda, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə koronavirusa yoluxma statistikası məlum olub.

Memur.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Bakının rayonları üzrə ən yüksək göstərici Yasamalda qeydə alınıb:

“Bu göstərici 22,65 faiz təşkil edir. Sabunçu rayonunda 12,2 faiz, Nərimanov rayonunda 6,27 faiz, Xətai rayonunda 5,81 faiz, Abşeron rayonunda 5,69 faiz, Nizami və Suraxanı rayonlarında 5,11 faiz, Binəqədi rayonunda 11,27 faiz, Nəsimi rayonunda 11,15 faiz, Xəzər rayonunda 4,53 faiz, Sumqayıtda 3,72 faizdir”.

“Qaradağ rayonu 3,02 faiz, Səbail rayonunda 2,26 faiz, Pirallahı rayonunda isə 0,93 faiz təşkil edir”, - deyə sədr qeyd edib.