Bakıda növbəti edam səhnəsi » Memur.az

Bakıda növbəti edam səhnəsi

Bakıda növbəti edam səhnəsi

17:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda həyata keçirilən ağac edamına münasibət bildirdi. Məlum olur ki, acınacaqlı səhnənin icrası üçün rəyi elə nazirliyin özü verib.

Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Milli.Az-a açıqlamasında bildirdi ki, Aleksandr Təhməzov Bakı şəhər Yaşıllaşdırma və Təsərrüfatı birliyindən Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 101 ünvanında 5 ağacın kəsilməsi üçün müraciət etib.

Həmin qurum isə rəy verilməsi üçün nazirliyin müvafiq idarəsinə müraciəti müsbət cavablandırılıb. Həmin ağacların köklərinin çürüməsi, təhlükəli olması, eyni zmanda yolda piyada səkilərini qoparması aşkarlanıb.
Bu gün isə rəy icra olunub, qovaq, safrona və göyrüş növündən olan ağaclar kəsilib, bəziləri isə budanıb.

----------
16:37

Bakı şəhərində ağaclar da edam olunur. Lakin insanlardan fərqli olaraq ağacın başını kəsənlər bunu nə üçün etdiyinin fərqinə varmırlar.

Növbəti edam səhnəsi bu gün Nəsimi rayonu, Salatın Əsgərova küçəsində icra olunub.

Milli.Az-ın məlumatına görə, metronun "Nizami" stansiyasının yaxınlığında iki irigövdəli ağac dibindən kəsilib. Ağacların niyə kəsilməsi məlum deyil. Onları kəsənlərin hansı cəzanı alacağı da artıq önəmini itirir. Əlli ilə boya-başa gələn ağacı bir göz qırpımında məhv edən adam üçün hansı cərimənin olması əhəmiyyətli deyil.