Sabah bu ərazilərdə su olmayacaq » Memur.az

Sabah bu ərazilərdə su olmayacaq

Sabah bu ərazilərdə su olmayacaqSumqayıt Karbomid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yeri dəyişdiriləcək.

Azərsu ASC-dən verilən məlumata görə, texniki səbəblərdən bu gecədən Sumqayıt stansiyası və ətraf ərazilərə, həmçinin Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətrafdakı yaşayış massivlərinə noyabrın 4-ü axşam saatlarına qədər içməli suyun verilməsində məhdudiyyətlər olacaq.