“Şkoda” Azərbaycanda elektrobus istehsal etməyi təklif edir » Memur.az

“Şkoda” Azərbaycanda elektrobus istehsal etməyi təklif edir

“Şkoda” Azərbaycanda elektrobus istehsal etməyi təklif edirÇexiyanın tanınmış “Şkoda Transportation Group” şirkəti Azərbaycanda elektriklə işləyən avtobusların istehsalında maraqlıdır.

Oxu.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, “Şkoda Transportation Group” şirkəti ölkəmizdə elektriklə işləyən avtobusların müvafiq istehsalının qurulması ilə bağlı yerli tərəfdaşlara əməkdaşlıq təklifi ilə müraciət edib.

Şirkətin elektriklə işləyən avtobusların ölkəmizdə istehsalının qurulması təklifi ilə bağlı AZPROMO-ya daxil olmuş məktubuna baxılıb. Yerli sahibkarları məlumatlandırmaq məqsədilə sözügedən məlumatlar AZPROMO-nun internet səhifəsində yerləşdirilib.