Bakıda piyadalar üçün müəyyən edilməyən yerdən yolu keçən oğlanı maşın vurub » Memur.az

Bakıda piyadalar üçün müəyyən edilməyən yerdən yolu keçən oğlanı maşın vurub

Bakıda piyadalar üçün müəyyən edilməyən yerdən yolu keçən oğlanı maşın vurubBakı. 19 fevral. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1994-cü il təvəllüdlü Nəsirov Nurlan Mikayıl oğlu Həsən Əliyev küçəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən, onu minik avtomobili vurub.

Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları faktla əlaqədar olaraq hadisəni törədən sürücünü saxlayıb.

Memur.az