FHN xalq artistinin ölümü ilə bağlı məlumat yaıb » Memur.az

FHN xalq artistinin ölümü ilə bağlı məlumat yaıb

FHN xalq artistinin ölümü ilə bağlı məlumat yaıbBakı. 9 fevral. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı məlumat yayıb.

“Report”un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bildirilir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının meyitin aşkar ediblər. Z.Ağakişiyevanın meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb", - deyə məlumatda qeyd olunur.

Memur.az