Kəmaləddin Heydərov Serbiyanın daxili işlər naziri ilə görüşüb Böyüt » Memur.az

Kəmaləddin Heydərov Serbiyanın daxili işlər naziri ilə görüşüb Böyüt

Kəmaləddin Heydərov Serbiyanın daxili işlər naziri ilə görüşüb  Böyüt

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dekabrın 5-də Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Heydərov respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Nazir fövqəladə halların idarə edilməsi sahəsində Azərbaycanla Serbiyanın uyğun qurumları arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu və bu imkanlardan faydalanmağın əhəmiyyətini diqqətə çatdırıb.

Öz növbəsində, Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç fövqəladə hallarla mübarizə sahəsində Serbiyanın aidiyyəti qurumlarının Azərbaycan FHN-lə daha sıx əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, ikitərəfli əlaqələrin geniş potensialının mövcud əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaradacağına əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.