Azərbaycanın bir neçə ölkədəki səfiri dəyişdirildi - YENİLƏNİB » Memur.az

Azərbaycanın bir neçə ölkədəki səfiri dəyişdirildi - YENİLƏNİB

Azərbaycanın bir neçə ölkədəki səfiri dəyişdirildi - YENİLƏNİB

Prezident İlham Əliyev iki ölkəyə səfir, bir ölkədə isə konsul təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
AzərTAc-a istinadən məlumatına görə, sərəncamlara əsasən Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentinaya, Azər Xudayar oğlu Xuduyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident eləcə də, Əliyənnağı Mehti oğlu Hüseynovu İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edib.

**
18:37
Prezident İlham Əliyev Almaniya və Moldovadakı səfirlərimizin geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncamlara əsasən, Namiq Həsən oğlu Əliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Pərviz Oqtay oğlu Şahbazov isə Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, P.Şahbazovun atası Oqtay Şahbazov prezidentin işlər müdiridir.