“Avro 2016”da surpriz: Portuqaliya ilk dəfə Avropa Çempionu oldu » Memur.az

“Avro 2016”da surpriz: Portuqaliya ilk dəfə Avropa Çempionu oldu

“Avro 2016”da surpriz: Portuqaliya ilk dəfə Avropa Çempionu olduAvropa çempionatının final oyunu da yekunlaşıb. Modern.az saytı xəbər verir ki, finalda Portuqaliya və Fransa komandaları qarşılaşıb. Portuqaliya komandasının aparıcı futbolçusu Kriştiano Ronaldo matçın gedişində zədələnib. Belə ki, matçın 17-ci dəqiqəsində Dmitri Paye ilə mübarizədə dizindən zədə alan Ronaldo həkimlərin müdaxiləsindən sonra yenidən meydana qayıdıb. Lakin oyunu davam etdirə bilməyən Ronaldo əvəzlənmək məcburiyyətində qalıb. 31 yaşlı futbolçu meydanı xərəkdə gözyaşları ilə tərk edib.
Oyunun sonrakı hissəsində Fransa bir neçə dəfə hesabı açmağa yaxın olsa da, meydan sahibləri bunu edə bilməyib. Beləliklə, oyunun əsas vaxtı heç-heçə yekunlaşıb.
Əlavə vaxtda isə Portuqaliya final oyununun yeganə qolunu vurub. Belə ki, Portuqaliyanın oyunçusu Eder 109-cu dəqiqədə hesabı açıb. Sonrakı dəqiqələrdə isə Fransa hesabı dəyişə bilməyib. Beləliklə, Portuqaliya ilk dəfə Avropa Çempionu olub.

Memur.az