Bakıda güclü partlayış baş verdi » Memur.az

Bakıda güclü partlayış baş verdi

Bakıda güclü partlayış baş verdiGecə saatlarında paytaxtda partlayış müşahidə edilib.

Partlayış yerinə çatmış müxbiri Nurlan Rafiqoğlunun verdiyi məlumata görə, bədbəxt hadisə istehsal müəssisəsində baş verib.

Bakının Xocasən qəsəbəsində yerləşən "Lider Cola" şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib. İçkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib. İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayış gücü yüksək olduğu üçün hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçub.

Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib. Qonşuluqda yaşayan sakinlər sahur etdikləri üçün partlayış vaxtı ev içində olmayıblar. Bu səbəbdən hadisə itkisiz ötüşüb. Faktla əlaqədar araşdırma aparılır.

Memur.az