Məmmədyarov: "Prezidentlərinin görüşü konstruktiv olub" » Memur.az

Məmmədyarov: "Prezidentlərinin görüşü konstruktiv olub"

Məmmədyarov: "Prezidentlərinin görüşü konstruktiv olub""Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv olub".

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Sankt-Peterburqda Vladimir Putin, İlham Əliyev və Serj Sarqsyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir: "İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanlar yaradacaq".

Memur.az