Dağlıq Qarabağ münaqişəsi NATO PA-nın seminarında müzakirə olunacaq » Memur.az

Dağlıq Qarabağ münaqişəsi NATO PA-nın seminarında müzakirə olunacaq

Dağlıq Qarabağ münaqişəsi NATO PA-nın seminarında müzakirə olunacaqMilli Məclisin deputatları Kamran Bayramov və Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 92-ci Rouz-Rout seminarında iştirak etmək üçün iyunun 13-də Ukraynanın paytaxtı Kiyev şəhərinə gedəcəklər.

Parlamentin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seminarda problemli regional kontekstdə Ukraynanın transformasiyası, Donbas bölgəsində vəziyyət, müdafiə sektorunda, siyasi, iqtisadi, antikorrupsiya sahələrində həyata keçirilən islahatlarla bağlı məsələlərə baxılacaq. Həmçinin Cənubi Qafqazda həll edilməmiş münaqişələr mövzusunda müzakirələr aparılacaq.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, hazırkı durum barədə məlumat verəcək.

Səfər iyunun 18-də başa çatacaq.


Memur.az