“Elm haqqında” Qanunda alimlərin maaşlarını artırmaq nəzərdə tutulmur » Memur.az

“Elm haqqında” Qanunda alimlərin maaşlarını artırmaq nəzərdə tutulmur

“Elm haqqında” Qanunda alimlərin maaşlarını artırmaq nəzərdə tutulmurMayın 17-də Milli Məclisin plenar iclasında “Elm haqqında” Qanun layihəsi ikinci oxunuşdan qəbul olunub.

İkinci dəfə müzakirəyə çıxarılan qanun 7 fəsildən və 41 maddədən ibarətdir.Qanun layihəsi müzapublika.az1429875778Fezail-Agamalikirələrdən fəsillərlə səsə qoyulub və qəbul edilib.

Milli Məclisin üzvü, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı kavkaznews.az-a bildirib ki, “Elm haqqında” Qanun layihəsi İsa Həbibbəyli tərəfindən hazırlanıb.

“Bu qanunda alimlərin sosial müdafiəsinə böyük diqqət yetirilib”, – deyə Fəzail Ağamalı bildirdi.

“Bəs bu sosial müdafiə nədən ibarətdir”, – deyə əməkdaşımız soruşdu.

“Biz beynəlxalq təcrübəni də, ölkədə bugünkü vəziyyəti və dövlət başçısının elm sahəsi ilə bağlı çağırışlarını da nəzərə almışıq. Təsadüfi deyil ki, bu qanun layihəsi ikinci oxunuşda yekdilliklə qəbul olundu. Qanun layihəsi mükəmməl idi. Və buna görə də, parlamentdlə iclasda iştirak edən elm və təhsil nümayəndələri bu sənədə heç bir dəyişiklik təklif etməyib”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, qanunda alimlərin sosial vəziyyətinə dair müddəalar var.

“Qanun layihəsində maaşların artırılması və mənzil probleminin həlli nəzərdə tutulurmu?” deyə soruşduq.

“Bu qanun alimlərə daha çox qazanmaq imkanı verir. Söhbət maaşdan getmir. Alimlər özlərinin elmi nailiyyətlərindən gəlirlərini artırmaq imkanı əldə edəcəklər”, – deyə F.Ağamalı cavab verib.
R.Həsənoğlu
(Kavkaznews.az)

Memur.az