​Ermənistanda qalmaqal: hakim partiyanın planları pozuldu » Memur.az

​Ermənistanda qalmaqal: hakim partiyanın planları pozuldu

​Ermənistanda qalmaqal: hakim partiyanın planları pozulduErmənistanın hakim Respublikaçılar Partiyasının qurultayı təxirə salınıb.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, qurultayın bu il yazın sonu, yaxud payızın əvvəlində keçiriləcəyi gözlənilir.

Məlumata görə, tədbirin vaxtının qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb kimi partiya daxilindəki narazılıq və qarşıdurma göstərilir. Bu müddət ərzində təşkilat daxili qalmaqalın səngiyəcəyi və 2017-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə "daha hazırlıqlı" gediləcəyi ehtimal edilir.
Ölkənin baş naziri Ovik Abramyan partiyanın rəhbərliyindən təşkilat daxilindəki "bazarı dayandırmağı" istəyib.

İnformasiyaya əsasən, respublikaçıların adı açıqlanmayan təmsilçisi bildirib ki, Ovik Abramyanın partiyaya heç bir aidiyyəti yoxdur və Naira Zoqrabyan təşkilatın sədri olaraq qalacaq.