Sabahın HAVAsı » Memur.az

Sabahın HAVAsı

Sabahın HAVAsı

Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 10-15° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 14-19° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 9-11° isti, gündüz 11-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.