Azərbaycanda dumanlı hava şəraiti martın 14-dək davam edəcək
cemiyyet
Dünən, 11:26
6

"Report"un məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.
Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Astara, Naftalan, Şəmkir, Şabran, Bərdə, Yexlax, Zərdab, Beyləqan, İmişli, Sabirabad və Ağdamda duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.