İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq
cemiyyet
Dünən, 10:58
7

"Report" xəbər verir ki, bunu İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında deyib.
O bildirib ki, burada olmağının əsas məqsədlərindən biri məhz itkin düşmüş şəxslərin ailələri ilə görüşməkdir:
"İtkin düşmüş şəxslərin tapılması ailələr üçün önəm daşıdığı qədər, həm də sülhün göstəricisidir. Data sisteminin və DNT sahəsində proseslərin inkişafı Azərbaycan üçün zəruridir. Bununla yanaşı, Ermənistanla əməkdaşlıq da vacibdir".