Qaxda yanğın hadisəsi baş verib » Memur.az

Qaxda yanğın hadisəsi baş verib

Qaxda yanğın hadisəsi baş veribQax rayonunda yanğın hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Turaclı kəndində Vilayət Həsənova məxsus evə bitişik yardımçı tikilidə baş verib.

Hadisə zamanı ümumi sahəsi 50 kv/m olan tikilinin 30 kv/m-i içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb edilib. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yangın zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.