İmişlidə zəlzələ oldu » Memur.az

İmişlidə zəlzələ oldu

İmişlidə zəlzələ olduİmişlidə maqnitudası 4,2 olan zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, yeraltı təkanlar yerli vaxtla saat 21:51-də, Saatlı stansiyasından 17 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ episentrdə 4, ətraf Saatlı və Sabirabad rayonunda isə 3-4 bal gücündə hiss olunub.

Zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib.