İsmayıllıda kişi sərxoş halda avtomobili divara çırpdı, dayısı öldü » Memur.az

İsmayıllıda kişi sərxoş halda avtomobili divara çırpdı, dayısı öldü

İsmayıllıda kişi sərxoş halda avtomobili divara çırpdı, dayısı öldüİsmayılda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Kənd sakini, “Aznar” MMC-də mühafizəçi işləyən, 1989-cu il təvəllüdlü İlqar Bağırlı sərxoş vəziyyətdə idarə etdiyi “Fiat” markalı avtomobili daş hasara çırpıb.

Nəticədə, avtomobildə sərnişin qismində olan dayısı, 1963-cü il təvəllüdlü Mahir Osmanov hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş vəziyyətdə yol-istismar qaydasını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.