Qazaxda 39 yaşlı kişi göldə boğuldu » Memur.az

Qazaxda 39 yaşlı kişi göldə boğuldu

Qazaxda 39 yaşlı kişi göldə boğulduQazax rayonunda bədbəxt hadisə baş verib.

Memur.Az xəbər verir ki hadisə rayonun Bala Cəfərli kəndində yerləşən göldə qeydə alınıb.

Belə ki, rayonun Xınalıqlar kənd sakini 1981-ci il təvəllüdlü Ömərov Mübariz Yaqub oğlu göldə boğulub.

M.Ömərovun gölə hansı səbəbdən düşdüyü hələ ki bəlli deyil.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.