Hacıqabulda ağır qəza: İki nəfər öldü » Memur.az

Hacıqabulda ağır qəza: İki nəfər öldü

Hacıqabulda ağır qəza: İki nəfər öldüHacıqabulda ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.

Memur.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun giriş hissəsində qeydə alınıb. Belə ki, “Xəzər” markalı avtomobil idarəetməni itirərək yolun mühafizə səddinə çırpılıb.

Nəticədə Cəbrayıl rayon sakini, 1988-ci il təvəllüdlü Quliyeva Sahibə Vaqif qızı və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.