Tarix : 4-11-2019, 00:27 | Bölmə: bolge

Gəncədə mebel sexi yanıbGəncədə fəaliyyət göstərən mebel sexində yanğın olub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində 180 kvm ərazidə mebel dəstləri, taxta konstruksiyalar və müxtəlif cihazlar yanıb. Alovun qarşısını almaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Kəpəz və Nizami rayon Yanğından mühafizə idarəsinin 4 yanğın söndürən maşını və 30-a yaxın canlı qüvvəsi cəlb olunub.

Müdaxilə nəticəsində alovun digər tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Oxşar xəbərlər