Gəncədə ürəyindən bıçaqlanan 17 yaşlı gənc xəstəxanada öldü - YENİLƏNİB » Memur.az

Gəncədə ürəyindən bıçaqlanan 17 yaşlı gənc xəstəxanada öldü - YENİLƏNİB

Gəncədə ürəyindən bıçaqlanan 17 yaşlı gənc xəstəxanada öldü - YENİLƏNİBGəncədə bıçaqlanaraq xəstəxanaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Bağmanlar qəsəbəsindən ürəyindən bıçaqlanaraq yaralanan şəxs xəstəxanada əməliyyata alınsa da, orada ölüb.

Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.



23:44

Gəncədə 17 yaşlı gənc öldürülüb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Bağmanlar qəsəbəsində “Xan Arxı” deyilən ərazidə baş verib.

İnsident nəticəsində 2002-ci il təvəllüdlü, Gəncə şəhər sakini Verdiyev Əzim Elşad oğlu ürəyindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə gətirilib.

Həkimlər əməliyyat edilən yeniyetmənin vəziyyətini ağır qiymətləndirir.

Hələlik hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi məlum deyil.