Qaxda dəhşətli yanğın, iki qonşunun tövləsi kül oldu » Memur.az

Qaxda dəhşətli yanğın, iki qonşunun tövləsi kül oldu

Qaxda dəhşətli yanğın, iki qonşunun tövləsi kül olduQaxda dəhşətli yanğın nəticəsində iki qonşunun tövləsi yanıb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, rayonun Zəyəm kəndində iki qonşu, Bahadır Mirzəyev və Ərəstun Balayevin ümumi sahələri 230 kvadratmetrdən çox olan mal tövlələri yanaraq kül olub.

Hadisə yerinə Qaxdan üç, Zaqataladan bir yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

Nəticədə tövlələrdə olan iki min ədəd ot bağlaması, bir-neçə ton taxıl yanıb.

Yanğın söndürülüb, ətrafda olan yeddi yaşayış evi mühafizə olunub.

Hər iki mal tövləsinin yanmasına səbəb kimi tikililərin bitişik inşa edilməsi göstərilir.