Göygöl sakini meşədə dərəyə yıxılaraq ölüb » Memur.az

Göygöl sakini meşədə dərəyə yıxılaraq ölüb

Göygöl sakini meşədə dərəyə yıxılaraq ölübGöygöl rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

1974-cü il təvəllüdlü Tülallar kənd sakini Tağıyev Boran Nodar oğlu rayonun meşəlik ərazisində ayağı sürüşərək yıxılıb və dərəyə düşüb.

Başından ağır xəsarət alan T.Boran hadisə yerində keçinib. Meyit morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Memur.az