Qubada yaşayış evi yanıb » Memur.az

Qubada yaşayış evi yanıb

Qubada yaşayış evi yanıbQuba rayonu ərazisində yaşayış evi yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zərdabi kəndində qeydə alınıb. Kənd sakini Rəşad Allahverənzadəyə məxsus birmərtəbəli yaşayış evinin 84 kvadratmetri yanıb. Hadisə yerinə cəlb olunan Quba Dövlət Yanğında Mühafizə hissəsinin yanğınsöndürənləri tərəfindən alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

Memur.az