Tarix : 12-02-2018, 03:03 | Bölmə: bolge

Qatı duman Ələt-Astara magistralında nəqliyyatın hərəkətini çətinləşdiribBakı. 12 fevral. REPORT.AZ/ Qatı duman Ələt-Astara magistralında nəqliyyatın hərəkətini çətinləşdirib.

“Report” xəbər verir ki, bu səbəbdən magistralın Masallı, Cəlilabad, Biləsuvar və Salyan rayonları ərazisindən keçən hissələrində avtomobillərin hərəkəti üçün problemlər yaranıb.

Yol Patrul Xidməti əməkdaşları çətin hava şəraitində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə magistralın sözügedən rayonların ərazisindən keçən hissələrində gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Dumanlı hava şəraiti səbəbindən bəzi nəqliyyat vasitələrinin sürücüləri avtombili yolun hərəkət hissəsindən kənara çəkərək saxlayıblar.

Hazırda yolda hərəkət sürəti 20-30 km/saat təşkil edir. Dumanlı hava şəraiti davam etməkdədir.

Memur.az

Oxşar xəbərlər