Görəsən Mikayıl Cabbarov Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovla bağlı barədə xüsusi qərar verəcək?,yoxsa... » Memur.az

Görəsən Mikayıl Cabbarov Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovla bağlı barədə xüsusi qərar verəcək?,yoxsa...

Görəsən Mikayıl Cabbarov Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovla bağlı barədə xüsusi qərar verəcək?,yoxsa...

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun elmi bioqrafiyası xüsusilə araşdırılacaq

Təhsil Nazirliyi rəhbərliyinin yaxın zamanlarda atacağı addımlarla bağlı xüsusi məlumatlar yayılıb. Belə ki, məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, nazirliyin tərkibində yaradılmış daxili nəzarət şöbəsi tərəfindən vətəndaşların müraciətləri əsasında bəzi təhsil müəssisələrində araşdırma aparılaraq müvafiq qərar verilməsi üçün nazirin vizasına təqdim ediləcəyi gözlənilir. Artıq bildiyimiz kimi, Təhsil Nazirliyində çalışan bir neçə məsul şəxs tutduğu vəzifədən kənarlaşdırılıb. Rəsmi məlumatında qeyd edildiyi kimi, əsas funksiyalarından biri təhsilin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi və vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarının qorunması olan Təhsil Nazirliyi öz üzərinə düşən vəzifələrin həyata keçirilməsində sistemli yanaşmanı təmin edilməsinə çalışacaq. Əldə etdiyimiz məlumata görə, Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən daxili nəzarət şöbəsinin qarşısına çox ciddi vəzifələr qoyulub. Maraqlıdır ki, həmin vəzifələrin sırasında indiyədək çoxlarının gözləmədiyi geniş spektrli şok addımlar da yer alır. Söhbət təhsildə bərabər imkanların təmin olunması ilə yanaşı, bəzi ali məktəb rektorlarının və kollec direktorlarının dosyesi ilə bağlı aparılacaq ciddi araşdırmalardan gedir. Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinə müvafiq tapşırıqlar verilib. Bildirilir ki, ali məktəb və kollec rəhbərlərinin barəsində yazılı və elektron mediada əksini tapan materiallar toplanaraq sistemli şəkildə daxili nəzarət şöbəsində təhlil ediləcək və müvafiq qərarlar veriləcək. Bu addım atılacağı halda peşə, ali və orta ixtisas təhsili sferasında çalışan çoxsaylı kadrların şübhəli dosyelərinə aydınlıq gətiriləcəyi qaçılmazdır. Bildiyimiz kimi, bu gün ölkə təhsilinin demək olar ki, bütün pillələrində rəhbər kadrların səviyyəsi, elmi dərəcələri və elmi yaradıcılığı ilə bağlı problemlərə, qalmaqallı saxtakarlıqlara, plagiata rast gəlmək mümkündür. Bütün bunların qarşısına sədd çəkməyin vaxtının yetişdiyini dərk edən Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin xətti ilə tezliklə mühüm addımlar atacağı qaçılmazdır. Bu və digər məqamlarla bağlı redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, artıq bir neçə ali məktəb və kollec rəhbərinin dosyesinin yoxlanılmasına göstəriş verilib. Maraqlıdır ki, dosyesi araşdırılacaq vəzifəli şəxslərin arasında Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun da adı yer alır. Xatırladaq ki, direktorun elmi bioqrafiyasındakı ağ ləkələrlə bağlı ötən saylarımızda ətraflı məlumat vermişdik. Həmin yazılarda bioqrafiyasını çoxsaylı titullarla "zənginləşdirmiş" professor-akademikin konkret elmi nailiyyətləri ilə maraq göstərilmişdi. Lakin sonradan aydın olub ki, Əyyub Əyyubovun elmi bioqrafiyasında ciddi boşluqlar az deyil.