Sabirabad rayonuna 6,2 milyon manat ayrıldı » Memur.az

Sabirabad rayonuna 6,2 milyon manat ayrıldı

Sabirabad rayonuna 6,2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad- Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.

Memur.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,2 milyon manat ayrılıb.